Dunya xəbərləri

İsrail HƏMAS-ın mövqelərinə aviazərbə endirib

03:21 31-12-2017

İsrail HƏMAS-ın mövqelərinə aviazərbə endirib

İsrailin Hərbi-Hava Qüvvələri HƏMAS-ın Qəzza zolağındakı mövqelərinə aviazərbə endirib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İsrail aviazərbəni dekabrın 29-da raket atəşinə cavab olaraq endirdiyini qeyd edib.

 

İsrail ordusu raket atəşini İranın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdi adlandırıb. İsrail Silahlı Qüvvələri baş verənlərə görə məsuliyyəti HƏMAS-ın üzərinə qoyub. 



© APA 2018