Dunya xəbərləri

İsrail YUNESKO-dan çıxmaq niyyətindədir

21:29 12-10-2017

İsrail YUNESKO-dan çıxmaq niyyətindədir

İsrailin baş naziri Binyamin Netanyahu XİN-ə ölkənin ABŞ-la birlikdə YUNESKO-dan  çıxmasına dair göstəriş verib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı hökumət rəhbərinin dəftərxanası yayıb. 

 

Qeyd edək ki, ABŞ bundan əvvəl UNESСO-da çıxdığını elan edib.

 

ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.

 

Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək. 



© APA 2017