Dunya xəbərləri

İsrail YUNESKO-nu tərk edir

23:43 29-12-2017

İsrail YUNESKO-nu tərk edir

YUNESKO-nun baş katibi Odre Azule İsrail hökumətindən ölkənin təşkilat sıralarından çıxmasına dair bildiriş alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail BMT-nın Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatına 1949-cu ildə daxil olub.

 

2016-cı ildə təşkilatın icraiyyə şurası Qüds üzrə qətnamə qəbul edərək rəsmi Tel-Əvivin müsəlmanların “Əl-Əqsə” məscidini ziyarətinə maneələr törətməsini pisləyib.  Bundan sonra İsrail hökuməti YUNESKO ilə əməkdaşlığı dayandırdığını bəyan edib.

 

Qeyd edək ki, bu ilin oktyabrında ABŞ təşkilatdan çıxdığını bildirib. 



© APA 2018