Dunya xəbərləri

Kabildə partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

12:56 28-12-2017

Kabildə partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

Kabildə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb. 

 
APA-nın “The People Post”a istinadən verdiyi xəbərə görə, hadisə zamanı 30 nəfər yaralanıb. 
 

Partlayışın baş verdiyi binada həm mədrəsə, həm “Əfqanıstanın səsi” informasiya agentliyinin ofisi yerləşir. 
 

Partlayışın İŞİD terror qruplaşması tərəfindən törədildiyi bildirilir.

 

*** 11.04

 

Əfqanıstan paytaxtı Kabildə partlayış olub.

 

APA-nın CGTN-ə istinadən verdiyi xəbərə görə, partlayış Kabilin qərbində yerləşən "Əfqan səsi" xəbər agentliyinin ofisində baş verib.

 

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, xəsarət alanlar əsasən mülki şəxslərdir.

 

Terrorçu-kamikadze tərəfindən törədilmiş partlayış nəticəsində 4 nəfərin öldüyü, 18  nəfərin yaralandığı bildirilir. 

 

 



© APA 2018