Dunya xəbərləri

Kim Çen In Yaponiyanın baş naziri ilə görüşməyə hazırdır

06:04 14-06-2018

Kim Çen In Yaponiyanın baş naziri ilə görüşməyə hazırdır

Şimali Koreya lideri Kim Çen In Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşməyə hazır olduğunu bildirib.

 

APA-nın xəbərinə görə, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbəyə istinadən məlumat verib.

 

“Baş nazir Abe ilə görüşün keçirilməsi mümkündür. Şimali Koreya lideri Sinqapurda, ABŞ prezidenti Donald Trampla görüşü zamanı danışıqlara açıq olduğunu bildirib”, deyə mənbə qeyd edib.



© APA 2018