Dunya xəbərləri

Nazarbayev-Tramp görüşündə ABŞ-ın Avrasiya strategiyası müzakirə olunacaq

11:08 13-01-2018

Nazarbayev-Tramp görüşündə ABŞ-ın Avrasiya strategiyası müzakirə olunacaq

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfəri çərçivəsində müzakirə edəcəyi məsələlərlə bağlı bəzi detallar məlum olub.

 

APA-nın "Kazinform"a istinadən verdiyi məlumata görə, Qazaxıstan prezidenti yanında Strateji Araşdırmalar İnstitutu direktorunun müavini Sanat Kuşkumbayev bildirib ki, Nazarbayev amerikalı həmkarı Donald Trampla görüşdə Suriya və Əfqanıstan məsələsinə diqqət yetirəcək.

 

Onun sözlərinə görə, müzakirələr zamanı ABŞ-ın Avrasiya strategiyası çərçivəsində Rusiya ilə münasibətlərə də nəzər salınacaq.



© APA 2018