Dunya xəbərləri

Pakistanda 100-dən çox silahlı məhv edilib

20:22 17-02-2017

 Pakistanda 100-dən çox silahlı məhv edilib

Pakistanın güc strukturların keçirdiyi xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı məhv edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan ordusunun mətbuat xidməti açıqlama yayıb.

 

“Sind əyalətində törədilmiş terror aktından sonra son sutka ərzində 100-dən çox terrorçu məhv edilib, çox sayda saxlanılanlar var”, məlumatda bildirilir.

 

Ötən gün Pakistanın cənubunda yerləşən Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində  88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Məlumata görə, İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürülüb.



© APA 2017