Dunya xəbərləri

Pakistanda bazarda partlayış törədilib, 15 nəfər ölüb

05:53 13-08-2017

Pakistanda bazarda partlayış törədilib, 15 nəfər ölüb

Pakistanın Kvetta şəhərində bazarda partlayış törədilib, nəticədə 15 nəfər ölüb, 40 nəfər xəsarət alıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan DİN-in Belucistan əyaləti üzrə nümayəndəsi Sarfraj Buqqi deyib.  

 

Məlumata görə, partlayış motosikletlə hərəkət edən terrorçu-kamikadze tərəfindən törədilib.

 

İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.   



© APA 2017