Dunya xəbərləri

Pakistanda partlayış baş verib, 10 nəfər ölüb, 14 nəfər yaralanıb

23:40 12-08-2017

Pakistanda partlayış baş verib, 10 nəfər ölüb, 14 nəfər yaralanıb

Pakistanın Belucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 14 nəfər yaralanıb. APA-nın  “Dawn” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə yerində polis qüvvələri cəlb edilib. Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 6 nəfərin vəziyyəti kritikdir.  

 

Partlayışın səbəbi müəyyənləşdirilir. Şahidlər partlayışın polis maşınının yaxınlığında baş verdiyini bildiriblər.

 



© APA 2017