Dunya xəbərləri

Prezident Həsən Ruhaninin qardaşı İranda həbs olunub

16:12 16-07-2017

Prezident Həsən Ruhaninin qardaşı İranda həbs olunub

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.

 

APA-nın məlumatına görə, bu barədə “Frans Press” agentliyi məhkəməyə istinadən xəbər yayıb.

 

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

 

H. Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.



© APA 2017