Dunya xəbərləri

Rəqqada İŞİD qurbanlarının kütləvi məzarlıqları aşkarlanıb

03:47 31-12-2017

Rəqqada İŞİD qurbanlarının kütləvi məzarlıqları aşkarlanıb

Suriyanın Rəqqa şəhərinin ətrafında İŞİD qurbanlarının iki kütləvi məzarlığı aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  xəndəklərdən birində qətlə yetirilmiş 115 insanın cəsədi aşkarlanıb. Meyitlər tanınması üçün hərbi hospitala gətirilib. Məlumata görə, ölənlər arasında mülki şəxslər, onlarla hərbçi və polis əməkdaşı var.   



© APA 2018