Dunya xəbərləri

Səudiyyə Ərəbistanı ABŞ-ı Qüds barəsində qərara yenidən baxmağa çağırıb

04:27 07-12-2017

Səudiyyə Ərəbistanı ABŞ-ı Qüds barəsində qərara yenidən baxmağa çağırıb

Rəsmi Ər-Riyad prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürülməsinə dair bəyanatlarını məsuliyyətsiz adlandıraraq qərara yenidən baxmağa çağırıb

 

APA-nın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

 

“ABŞ-ın məsuliyyətsiz və əsassız qərarı eyni zamanda fələstinlilərə qarşı qərəz nümayiş etdirir. Səudiyyə Ərəbistanı ABŞ administrasiyasını qəbul etdiyi qərarlara yenidən baxmağa çağırır”, məlumatda qeyd olunub. 



© APA 2017