Dunya xəbərləri

Şimali Koreya 2018-ci ildə öz nüvə proqramından əl çəkməyəcək

05:41 30-12-2017

Şimali Koreya 2018-ci ildə öz nüvə proqramından əl çəkməyəcək

Koreya Xalq Demokratik Respublikası 2018-ci ildə öz nüvə proqramı üzərində işləri dayandırmaq fikrində deyil.

 

APA-nın xəbərinə görə, bu barədə Şimali Koreyanın rəsmi “STAK” informasiya agentliyinin yaydığı məlumatda bildirilir.

 

“KXDR mübahisəsiz strateji qüvvə olaraq açıq şəkildə bəyan edir -  onun siyasətində dəyişiklik gözləməyə dəyməz. Şimali Koreya 2018-ci ildə öz nüvə proqramından əl çəkməyəcək”, məlumatda deyilir. Həmçinin, KXDR-in məsuliyyətli nüvə dövləti olduğu vurğulanır.

 

Dekabrın əvvəlində BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar Şimali Koreyanın həyata keçirdiyi nüvə sınaqları ilə əlaqədar tətbiq edilib. Təhlükəsizlik Şurasının üzvləri səsverməyə çıxarılan qərarı yekdilliklə dəstəkləyiblər. Sanksiyalar bir sıra malların ixracına məhdudiyyətləri nəzərdə tutur.



© APA 2018