Dunya xəbərləri

Şimali Koreya ABŞ-la nüvə proqramına dair danışıqlar aparmaqdan imtina edib

11:37 16-07-2017

Şimali Koreya ABŞ-la nüvə proqramına dair danışıqlar aparmaqdan imtina edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə və raket proqramına dair ABŞ-la danışıqlar aparmaq niyyətində olmadığını bəyan edib.

 

APA-nın Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, ABŞ KXDR-ə qarşı “düşmənçilik siyasəti”ni dayandırmayınca danışıqlar mümkün deyil.    

 

“Vaşinqton anlamalıdır ki, KDXR-ə qarşı düşmənçilik siyasətini dayandırmayana qədər Şimali Koreyanın nüvə və raket proqramı heç vaxt danışıqlar predmeti, eyni zamanda KXDR-in nüvəsizləşdirilməsinə dair dialoq heç vaxt mümkün ola bilməz”, - deyə bəyanatda deyilir.  



© APA 2017