Dunya xəbərləri

Suriyanın hərbi təyyarəsi koalisiya qüvvələri tərəfindən vurulub

00:29 19-06-2017

Suriyanın hərbi təyyarəsi koalisiya qüvvələri tərəfindən vurulub

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyaya məxsus hərbi təyyarəni vurub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusunun bəyanatında bildirilir.

 

Məlumata əsasən, insident Tabka şəhəri yaxınlığında baş verib. Pilotun taleyi naməlum olaraq qalır. Koalisiya qərargahı Suriya qırıcısının vurulduğunu təsdiqləyib. Bildirilib ki, "Su-22" təyyarəsi “Suriya demokratik qüvvələri”nin (SDF) mövqelərinə zərbə endirərkən ABŞ-ın “F/A-18E Super Hornet" qırıcısı tərəfindən vurulub.



© APA 2017