Dunya xəbərləri

“Taliban” rəhbərliyinin nümayəndəsi Əfqanıstan ordusuna təslim olub

02:52 13-08-2017

“Taliban” rəhbərliyinin nümayəndəsi Əfqanıstan ordusuna təslim olub

“Taliban” radikal hərəkatın hərbi komissiyası rəhbərinin müavini Əfqanıstanın Bağlan əyalətində hökumət qüvvələrinə təslim olub.  

 

APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, Qari Mahfuzullah adlı hərəkat rəhbərlərindən biri Burka yaşayış məntəqəsi yaxınlığında keçirilən əməliyyat zamanı hərbçilərə təslim olub.   

 

Əməliyyat zamanı daha 3 silahlı məhv edilib.  



© APA 2017