Dunya xəbərləri

Tokio yaxınlığında zəlzələ baş verib

04:56 14-09-2017

Tokio yaxınlığında zəlzələ baş verib

Yaponiyanın paytaxtı Tokio yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi yerli Meteoroloji idarəyə istinadən məlumat verib.

 

Yerli vaxtla saat 09:27-də qeydə alınan yeraltı təkanların episentri Saitama prefekturasında, ocağı isə 50 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. 



© APA 2017