Dunya xəbərləri

Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq

15:19 14-02-2018

Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq

Türkiyə İraqın yenidən qurulması üçün 5 milyard dollar kredit ayıracaq.

 

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Küveytdə keçirilən Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib. O bildirib ki, İraqın terror təşkilatından təmizlənməsi Türkiyə üçün çox vacibdir: “2004-cü ildən bu yana İraqa humanitar yardımlar üçün 500 milyon dollar xərcləmişik. Şirkətlərimiz orada 25 milyard dollar dəyərində tikinti layihələri həyata keçirib. İndi də İraqın yenidən qurulması üçün 5 milyard dollar kredit ayıracağıq. 5 milyon dollarlıq isə humanitar yardım göstərəcəyik.”
 
M. Çavuşoğlu Türkiyə ilə işləmək istəyən dövlətləri Suriya mövzusunda həssas olmağa çağırıb: “Suriyanı bölməyə çalışan terror təşkilatlarına dəstəyin dayandırılması lazımdır”.



© APA 2018