Dunya xəbərləri

Yaponiyada leysan yağışları qurbanlarının sayı 199 nəfərə çatıb

07:07 12-07-2018

Yaponiyada leysan yağışları qurbanlarının sayı 199 nəfərə çatıb

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində  ölənlərin sayı 199 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə AFP agentliyi Yaponiya hökumətinin açıqlamasına istinadən xəbər verib.

 

Bundan əvvəl təbii fəlakət nəticəsində 179 nəfərin öldüyü bildirilirdi.

 

Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib. Ölkənin bir sıra bölgəsinə qısa müddət ərzində 1000 mm-dən çox yağıntı düşüb. Leysan yağışlar çayların məcrasından çıxması və torpaq sürüşmələrinə səbəb olub.

 

Qeyd edək ki, bu, daşqınlar nəticəsində ölüm halların görə Yaponiya tarixində ikinci ən irimiqyaslı təbii fəlakətdir. 1953-cü ildə Küsü adasında baş verən daşqınlar nəticəsində 759 nəfər ölmüş, 450 min insan evsiz qalmışdır.

 



© APA 2018