Dunya xəbərləri

Almaniyada qatar relsdən çıxıb, xəsarət alanlar var

23:19 19-05-2017

Almaniyada qatar relsdən çıxıb, xəsarət alanlar var

Almaniyanın şərqində sərnişin qatarı relsdən çıxıb.

 

APA-nın “Bild”-ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində xəsarət alanlar var. Onların dəqiq sayı barədə hələ ki, məlumat verilmir.

 

Qəza Ştadtrod yaşayış məntəqəsində qeydə alınıb. İlkin versiyaya əsasən, qəzaya pis hava şəraiti səbəb olub. Hadisə ilə əlaqədar araşdırma aparılır.

 



© APA 2017