Dunya xəbərləri

Anqela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib

14:12 14-03-2018

Anqela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib

Anqela Merkel dördüncü dəfə ardıcıl olaraq Bundestaqda Almaniyanın kansleri seçilib.

 

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, səsvermə zamanı 364 deputat onun lehinə, 315 deputat əleyhinə səs verib, 9 deputat isə bitərəf qalıb.

 

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin də iştirakı ilə Merkelin kansler seçilməsinə həsr olunmuş rəsmi tədbir keçiriləcək.

 

Qeyd edək ki, A.Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib.  



© APA 2018