Dunya xəbərləri

Bakıda beynəlxalq caz festivalı keçiriləcək

17:46 13-09-2017

Bakıda beynəlxalq caz festivalı keçiriləcək

Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə "Bakı Beynəlxalq Caz festivalı 2017" olacaq.

 

Fransa səfirliyindən APA-a verilən xəbərə görə, festival Fransanın Azərbaycandakı Səfirliyi və  Azərbaycandakı Fransız İnstitutunun təşkilatçılığı ilə keçiriləcək.

 

Festival oktyabrın 25-də "Elektra Events Hall"da baş tutacaq.

 

Festival çərçivəsində fransız akkordeon ifaçısı Rişar Qalyanonun eksklüziv konserti təşkil olunacaq. İfaçını Yalçın Adıgözəlovun rəhbərliyi altında Bakı Simfonik Orkestrı müşaiət edəcək.
 

Biletlərin qiyməti 50-400 AZN arası təşkil edir. Biletləri onlayn şəkildə almaq üçün https://iticket.az/ru/categories/jazz-festival linkindən istifadə etmək olar.



© APA 2017