Dunya xəbərləri

Belçikada limanda 7 ton kokain aşkarlanıb

23:57 03-01-2018

Belçikada limanda 7 ton kokain aşkarlanıb

Belçika Gömrük Xidmətinin əməkdaşları tərəfindən Antverpen limanında  7 tona yaxın kokain aşkarlanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, narkotik maddə banan dolu qutularda gizlədilib.

 

Yükün son təyinat məntəqəsinin Niderland olduğu güman edilir.

 

Faktla bağlı araşdırma aparılır. 



© APA 2018