Dunya xəbərləri

Berluskoni Al Bano və Toto Kutunyonun deputatlığa namizədliyini irəli sürmək niyyətindədir

01:15 03-01-2018

Berluskoni Al Bano və Toto Kutunyonun deputatlığa namizədliyini irəli sürmək niyyətindədir

İtaliyanın sabiq baş naziri, “İtaliya, irəli” partiyasının lideri Silvio Berluskoni məşhur müğənnilər Al Bano və Toto Kutunyonun deputatlığa namizədliyini irəli sürmək niyyətindədir.

 

APA-nın  “Messaggero” nəşrinə istinadən verdiyi xəbərə görə,  Al Bano noyabrda musiqi karyerasına 2018-ci ilin dekabrın 31-də son qoyacağını bəyan edib.  

 

Qeyd edək ki, İtaliyada martın 4-də parlament seçkilərinin keçiriləcəyi planlaşdırılıb.  



© APA 2018