Dunya xəbərləri

Ərdoğan: “Ankara-Berlin münasibətləri Bundestaqa seçkilərdən sonra düzələcək”

18:17 12-08-2017

Ərdoğan: “Ankara-Berlin münasibətləri Bundestaqa seçkilərdən sonra düzələcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Berlin münasibətlərinin gələn ay Almaniyada keçiriləcək parlament seçkilərindən sonra normallaşacağını bəyan edib.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, o bildirib ki, Türkiyə-Almaniya münasibətlərinin pisləşməsinə səbəb Avropanın daxili siyasəti olub.

 

Ərdoğan qeyd edib ki, bu siyasət Avropa İttifaqı ölkələrində seçkiöncəsi dövr üçün xarakterikdir. “Fransa ilə Avstriya da əvvəllər belə edib. İndi Almaniyanın bu strategiyadan yararlandığını görürük. Əminəm ki, vəziyyət seçkilərdən sonra düzələcək”, - deyə o vurğulayıb.



© APA 2017