Dunya xəbərləri

Ərdoğan Yerusəlimin statusuna dair sammit çağırdığı barədə Putini məlumatlandırıb

23:43 07-12-2017

Ərdoğan Yerusəlimin statusuna dair sammit çağırdığı barədə Putini məlumatlandırıb

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyi Təl Əvivdən Yerusəlimə köçürmək qərarı lə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.   

 

“Bu cür addımlar Yaxın Şərq sülh prosesinin perspektivlərini sarsıda bilər”, - deyə məlumtda qeyd olunub.   

 

R.T.Ərdoğan dekabrın 13-nə İstanbulda İslam Əməkdaşlığı Təşkilatının Yerusəlimin statusu ilə bağlı sammit çağırdığı barədə Putini məlumatlandırıb.  

 

Türkiyə və Rusiya prezidentləri şəxsi təmasların davam etdirilməsinə dair razılığa gəliblər.  



© APA 2017