Dunya xəbərləri

Fransada Bastiliyanın alınması günü 900 avtomobil yandırılıb

07:55 16-07-2017

Fransada Bastiliyanın alınması günü 900 avtomobil yandırılıb

Fransanın milli bayramı – Bastiliya qalasının alınması günü iğtişaşlar zamanı etirazçılar 897 avtomobil yandırıb. APA-nın “TV5Monde”yə istinadən verdiyi xəbərə görə,  370-ə yaxın iğtişaşçı saxlanılıb.

 

Aksiya iştirakçıları ABŞ prezidentinin Fransaya səfərinə, prezident Emanuel Makronun sosial islahatlarına qarşı şüarlar səsləndiriblər.

 



© APA 2017