Dunya xəbərləri

Fransada bir nəfər qızılca xəstəliyindən ölüb

15:27 13-02-2018

Fransada bir nəfər qızılca xəstəliyindən ölüb

Fransada qızılca xəstəliyi yayılıb.

 

APA-nın “France 3 Nouvelle Aquitaine” telekanalına istinadən verdiyi xəbərə görə, Fransanın Yeni Akit bölgəsində bir nəfər qızılcadan dünyasını dəyişib, 200 nəfər isə bu infeksiyaya yoluxub.

 

2017-ci ilin noyabr ayından fevralın 6-dək ümumilikdə Fransa üzrə 213 nəfər bu infeksiyaya yoluxub. İnfeksiyaya yoluxanlardan 57 nəfər xəstəxanaya yerləşdirilib.

 



© APA 2018