Dunya xəbərləri

Fransada mafiya üzvü olan 14 erməni həbs edilib

11:09 19-06-2017

Fransada mafiya üzvü olan 14 erməni həbs edilib

Fransada bir qrup erməni mafiya üzvü həbs edilib.

 

APA-nın “lefigaro.fr” saytına istinadən verdiyi məlumata görə, Bordo, Nant, Nitsa, Puatye və Parisdə 14 nəfər saxlanılıb.

 

Polis bir il ərzində Renn şəhərində fahişələri silahla hədələyərək onlardan xərac alan bir qrup sutenyorun işini araşdırıb. 14 nəfərdən 12-si artıq məhkəmə qarşısına çıxarılıb. Onlardan 8-i təkrarən bu əməllərə görə həbs edilib. Qruplaşma 30 yaşadək olan kişilərdən ibarətdir. Onlar qadın alverindən başqa digər qanunsuz əməllərlə də məşğul olublar.



© APA 2017