Dunya xəbərləri

Fransada parlament seçkilərinin qalibi müəyyənləşib - YENİLƏNİB

02:33 19-06-2017

Fransada parlament seçkilərinin qalibi müəyyənləşib - YENİLƏNİB

Fransada keçirilən parlament seçkilərinin ikinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlib.

 

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

 

Bülletenlərin 95 faizinin hesablanmasından sonra "İrəli, Respublika!" hərəkatı müttəfiqləri MoDem-lə (“Demokratik hərəkat” partiyası) birgə parlamentdə azı 325 yerə sahib çıxaraq mütləq çoxluğa nail olublar. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 110, “Sosialist Partiyası” – 28, sağ-mərkəzçi “Demokratlar və müstəqillər İttifaqı” – 17, “Fəth olunmayan Fransa” hərəkatı – 16, "Kommunist Partiyası" – 10, “Milli Cəbhə” – 8 mandat əldə edib.

 

“Milli Cəbhə”nin lideri Marin Le Pen ilk dəfə parlamentə seçilib. Fransa parlamentinin aşağı palatası Milli Məclisə həmçinin  “Fəth olunmayan Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşon və sabiq baş nazir Manuel Vals seçilib.

 

Seçkilərdə seçicilərin 35,33 faizi iştirak edib.

 

***

 

22:23

 

Fransada keçirilən parlament seçkilərinin ikinci  turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlir.

 

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

 

Bülletenlərin 56 faizinin hesablanmasından sonra mərkəzçi "İrəli, Respublika!" 41,25 faiz seçici səsi toplayıb. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 22,59 faiz, Marin Le Penin  “Milli Cəbhə”si 9,93,01 faiz, sabiq hakim  “Sosialist Partiyası” 6,24 faiz, Jan Lyuk Melanşonun "Təslim olmamış Fransa" partiyası 2,89 faiz səs toplayıb.



© APA 2017