Dunya xəbərləri

Gələn il dünyada böyük humanitar böhran gözlənilir

10:01 31-12-2017

Gələn il dünyada böyük humanitar böhran gözlənilir

Gələn il İkinci Dünya Müharibəsindən sonra dünyada ən böyük humanitar böhran baş verə bilər.

 

APA-nın "The Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə katibi Penni Mordaunt bəyan edib.

 

Söhbət ilk növbədə Yəmən, Cənubi Sudan və Birmada aclıq və münaqişələrdən gedir. Əgər 2017-ci ildə 20 milyondan çox insan aclıqdan əziyyət çəkibsə, 2018-ci ildə daha çox insanın aclıqla üzləşəcəyi proqnozlaşdırılır.

 

P. Mordaunt bildirib ki, Böyük Britaniya humanitar proqramların maliyyələşdirilməsinə ayrılan vəsaiti artırmaq niyyətindədir. 



© APA 2018