Dunya xəbərləri

Gürcüstanın turizmdən 4 aylıq gəliri 800 milyon dollar olub

15:17 17-05-2018

Gürcüstanın turizmdən 4 aylıq gəliri 800 milyon dollar olub

Gürcüstanın bu ilin yanvar-aprel aylarında turizmdən əldə etdiyi gəlir 800 milyon dollar təşkil edib.
 

APA-nın yerli bürosunun Gürcüstan Milli Bankına istinadən verdiyi xəbərə görə, hesabat dövründə ən çox gəlir 239 milyon dollar olmaqla aprel ayının payına düşüb. Bu məbləğ ötən ilin aprel ayının göstəricisi ilə müqayisədə 27,8% çoxdur.
 

Qeyd edək ki, bu ilin ilk dörd ayı ərzində ölkəyə 2 060 264 nəfər əcnəbi ziyarətçi səfər edib ki, onların 937 370 nəfərini turistlər təşkil edib. Yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 479 019 nəfər olub.



© APA 2018