Dunya xəbərləri

İsveçrənin yeni prezidenti məlum olub

03:56 07-12-2017

İsveçrənin yeni prezidenti məlum olub

İsveçrə parlamenti ölkənin yeni prezidentini seçib.

 

APA-nın “swissinfo.ch” saytına istinadən verdiyi xəbərə görə, bu posta İsveçrənin hazırkı daxili işlər naziri Alan Berse seçilib. 

 

Səsvermədə iştirak edən deputatlardan 190 nəfəri A.Berseni dəstəkləyib. O, 1 yanvar 2018-ci ildən etibarən prezident səlahiyyətlərinin icrasına başlayacaq.

 

İsveçrədə prezident Nazirlər Kabinetinin – Federal Şuranın tərkibindən 1 il müddətinə seçilir.

 

A.Bersenin hökumətində vitse-prezident postunu Uli Maurer tutacaq.



© APA 2017