Dunya xəbərləri

Levan İzoriya: “NATO-ya tamhüquqlu üzvlük Gürcüstanın əsas məqsədidir”

13:36 16-05-2018

Levan İzoriya: “NATO-ya tamhüquqlu üzvlük Gürcüstanın əsas məqsədidir”

“NATO-nun tamhüquqlu üzvü olmaq Gürcüstanın əsas məqsədidir”.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib.
 

Nazir bildirib ki, Gürcüstan NATO-ya inteqrasiya istiqamətində əhəmiyyətli irəliləyişə nail olub: “Gürcüstan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut edib. Biz Türkiyənin Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı böyük dəstəyini görürük. Buna görə Türkiyəyə təşəkkür edirik”.
 

L. İzoriya qeyd edib ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti ölkənin NATO-ya üzvlüyünün tərəfdarıdır: “Gürcüstanda bunun əleyhinə olan və Rusiya meylli toplum da var, lakin onların sayı azdır”.



© APA 2018