Dunya xəbərləri

Londonda sürücü avtomobili piyadaların üstünə sürüb, ölən və yaralananlar var - YENİLƏNİB-1

08:05 19-06-2017

Londonda sürücü avtomobili piyadaların üstünə sürüb, ölən və yaralananlar var - YENİLƏNİB-1

Londonun şimal-şərqində baş verən insident zamanı bir nəfər ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə London polisindən bildirilib.

 

Məlumata görə, daha 8 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.

 

***

06:31

 

Londonda piyadaları vuran maşından düşən şəxs bıçaqla azı bir nəfərə xəsarət yetirib.

 

APA-nın məlumatına görə, bu barədə “Evening Standard” qəzeti xəbər verib.

 

“Sky News” telekanalının hadisə şahidlərinə istinadən xəbərinə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, daha ikisi hadisə yerindən qaçıb. İnsident Böyük Britaniya paytaxtının şimal-şərq bölgəsində yerləşən məscidin yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.

 

***

 

04:48

 

***

 

Londonda miniven tipli avtomobil piyadaları vurub, xəsarət alanlar var.

 

APA-nın xəbərinə görə, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

 

İlkin məlumata əsasən, hadisə məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. "Daily Mail" azı 10 nəfərin xəsarət aldığını, bir nəfərin saxlanıldığı bildirilir. İnsidentin terrorla əlaqəli olub-olmadığı araşdırılır.

 

Xatırladaq ki, martın 22-də Londonun mərkəzində sürücü avtomobillə bir neçə piyadanı vurub, daha sonra  maşından  düşərək polis əməkdaşını bıçaqla qətlə yetirib. Qatil hadisə yerində zərərsizləşdirilib. Terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

 

İyunun 3-də isə  “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis tərəfindən güllələnib.

 



© APA 2017