Dunya xəbərləri

Millət vəkili: “Türkiyə-Azərbaycan-Gürcüstan münasibətləri bütün dünyaya örnəkdir”

19:49 14-11-2017

Millət vəkili: “Türkiyə-Azərbaycan-Gürcüstan münasibətləri bütün dünyaya örnəkdir”

“Türkiyə, Azərbaycan və Gürcüstan arasında münasibətlər bütün dünyaya örnəkdir”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bunu Türkiyə Parlamentinin Bursadan olan millət vəkili Hüseyin Şahin deyib.

 

O bildirib ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu üç ölkənin bir yerdə nələrə qadir olduğunun göstəricisidir.

 

“Üç ölkənin dövlət başçıları və xalqları arasında münasibətlər daha da güclənir. Türkiyə parlamentində Azərbaycan və Gürcüstanın mənafelərinin müdafiə olunması üçün əlimizdən gələni edirik. Beynəlxalq arenalarda da üç ölkə haqlı səsini bir yerdə ucaldır”, - deyə türkiyəli deputat söyləyib. 

 

H.Şahin qeyd edib ki, üç ölkə gələcəkdə də böyük işlər həyata keçirəcək.  



© APA 2017