Dunya xəbərləri

Moldova prezidenti NATO-nun ölkə ərazisində fəaliyyətinin əleyhinə çıxış edib

16:58 17-02-2017

Moldova prezidenti NATO-nun ölkə ərazisində fəaliyyətinin əleyhinə çıxış edib

Moldova prezidenti İqor Dodon NATO-nun ölkə ərazisində fəaliyyətinin əleyhinə çıxış edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o, NATO-nun Moldovada bürosunun açılmasına qarşı olduğunu bildirib.

 

“Büro açılsa, gələn il parlament seçkilərindən dərhal sonra onu bağlayacağam. Bu məsələ ilə bağlı mənim keçən həftə hökumət nümayəndələri ilə müzakirələrim olub. Onlar bilirdilər ki, büronun fəaliyyətinə icazə verməyəcəyəm, lakin mən vəzifəyə başlamazdan öncə onun açılması barədə razılaşmanı imzalamağa tələsiblər”.



© APA 2017