Dunya xəbərləri

Pentaqon rəhbəri: "Əsəd rejimində hələ də kimyəvi silah qalır"

15:13 21-04-2017

Pentaqon rəhbəri:

"Bəşər Əsədin ordusu hələ də kimyəvi silaha malikdir".

 

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu sözləri İsraildə səfərdə olan ABŞ müdafiə naziri Ceyms Mettis deyib. O bildirib ki, ABŞ Suriyaya qarşı raket zərbələri endirdikdən sonra Suriya ordusu hərbi təyyarələrinin yerini dəyişib:"Onlar təyyarələrin yerini dəyişib, heç bir şübhə yoxdur. Təyyarələr son bir neçə gündür ki, başqa yerə aparılıb. Deyə bilərəm ki, Suriya ordusunda hələ də kimyəvi silahların bir hissəsi qalıb. Bu, BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulmasıdır. Məsələyə diplomatik səviyyədə baxılmalıdır".

 

Qeyd edək ki, aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə ABŞ-ın Aralıq dənizindəki iki hərbi gəmisindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb.



© APA 2017