Dunya xəbərləri

Polşanın baş naziri istefa verib

04:58 08-12-2017

Polşanın baş naziri istefa verib

Polşanın baş naziri Beata Şidlo istefa verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hakim “Hüquq və Ədalət” partiyasının mətbuat katibi Beata Mazurek bildirib.

 

B.Mazurek bu vəzifəyə baş nazirin müavini, maliyyə və inkişaf naziri Mateuş Moravetskinin namizədliyinin irəli sürüləcəyini deyib.



© APA 2018