Dunya xəbərləri

Portuqaliya prezidenti təcili əməliyyat olunub

03:33 29-12-2017

Portuqaliya prezidenti təcili əməliyyat olunub

Portuqaliya prezidenti Marselu Rebelu di Soza göbək yırtığı səbəbindən təcili əməliyyat olunub.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin saytında dərc olunmuş məlumatda bildirilir.

 

“Əməliyyat yanvarın əvvəlinə planlaşdırılmışdır, lakin xəstəlik ağırlaşdığından həkimlər əməliyyatı bu gün keçirməyə qərar veriblər”, - deyə məlumatda bildirilir.

 

Əməliyyat səbəbindən prezident yaxın günlərə planlaşdırılmış tədbir və səfərləri təxirə salıb.  



© APA 2018