Dunya xəbərləri

Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB-4

16:48 18-06-2017

Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB-4

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Publico” nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.

 

Bundan əvvəl meşə yanğınları nəticəsində 57 nəfərin öldüyü, 59 nəfərin yaralandığı açıqlanmışdı. 

 

***

 

saat 13.48

 

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.

 

APA-nın məlumatına görə, bu barədə “Publico” nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.

 

Xəsarət alanlardan 5-in durumu ağırdır. İlkin məlumata görə, 30-a yaxın şəxs avtomobillərlə fəlakət zonasından çıxmağa cəhd edərkən ölüb.

 

Qeyd edək ki, bundan əvvəl  meşə yanğınları nəticəsində 43 nəfərin öldüyü, 59 nəfərin xəsarət aldığı açıqlanmışdı. 

 

***

 

saat 12.05

 

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Publico” nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.

 

Bundan əvvəl  meşə yanğınları nəticəsində 39 nəfərin öldüyü, 59 nəfərin xəsarət aldığı açıqlanmışdı. 

 

***

 

saat 11.27

 

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.

 

APA-nın məlumatına görə, bu barədə “Publico” nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.

 

Bundan əvvəl meşə yanğınları zamanı 24 nəfərin öldüyü açıqlanmışdı.

 

Qeyd edək ki, şənbə günü ölkənin bir sıra regionlarında temperatur 40 dərəcəyə çatıb. Meşə yanğınları Pedroqan-Qrandi bələdiyyəsində başlayıb. Yanğın sürətlə yayılıb, bir neçə yaşayış məntəqəsini əhatə edib. 

***

 

saat 06.56

 

Portuqaliyanın mərkəzi hissəsində tüğyan edən meşə yanğınları nəticəsində 24 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Antoniu Koşta bildirib.   

 

İki nəfər itkin düşüb. Ölənlərin sayının artacağı istisna olunmur.  

 

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 



© APA 2017