Dunya xəbərləri

Qatı duman səbəbindən Tbilisi aeroportunda bəzi aviareyslər ləğv olunub

18:59 13-01-2018

Qatı duman səbəbindən Tbilisi aeroportunda bəzi aviareyslər ləğv olunub

Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hava limanında reyslərin qəbulu və göndərilməsində gecikmələr yaranıb, 5 reys isə ləğv olunub.

 

Moskva-Tbilisi və Kiyev-Tbilisi reyslərini yerinə yetirən təyyarələr Kutaisi aeroportuna yönəldilib. 

 

Tbilisi hava limanının reyslərin gəliş cədvəlinə əsasən, aeroport bu gün axşam saatlarında Bakıdan reys qəbul etməlidir.



© APA 2018