Dunya xəbərləri

Turində bomba partlayıb, 4 nəfər yaralanıb

16:19 01-01-2018

Turində bomba partlayıb, 4 nəfər yaralanıb

Yeni il gecəsi İtaliyanın Turin şəhərində bomba partlayıb, 4 nəfər yaralanıb.

 

APA-nın məlumatına görə, bu barədə İtaliyanın "Stampa" qəzeti məlumat yayıb.

 

Partlayış şəhərin kənar rayonlarının birində baş verib. Əldəqayırma bomba zibil qutularının birində yerləşdirilibmiş. Partlayış nəticəsində iki mərakeşli və iki italiyalı yaralanıb. Partlayış yaxınlıqdakı 4 avtomobilə ziyan vurub, 30 evin pəncərəsinin şüşəsi sınıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə axtarış zamanı 12 oxşar partlayıcı qurğu və patron aşkarlayıblar. Hazırda polis partlayıcı qurğu hazırlayanların axtarışı ilə məşğuldur. 



© APA 2018