Dunya xəbərləri

Müdafiə Sənayesi Katibliyi: Rusiya ilə Türkiyə arasındakı S-400 üzrə saziş texnoloji əməkdaşlığı nəzərdə tutur

22:39 29-12-2017

Müdafiə Sənayesi Katibliyi: Rusiya ilə Türkiyə arasındakı S-400 üzrə saziş texnoloji əməkdaşlığı nəzərdə tutur

Türkiyə və Rusiya arasında S-400 zenit-raket komplekslərinin tədarükünə dair saziş iki ölkə arasında texnoloji əməkdaşlığı nəzərdə tutur.

 

APA-nın “Habertürk”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Katibliyinin açıqlamasında bildirilir.

 

"Razılaşmada gələcək texnoloji əməkdaşlığa dair bənd mövcuddur. Türkiyə hava müdafiə sahəsində ehtiyaclarını təmin etmək üçün işləri davam etdirir və digər ölkələrlə  özünün  zenit-raket komplekslərini yaratmaq üçün danışıqlar aparır”, məlumatda vurğulanıb.

 

Bu gün Ankarada Türkiyə və Rusiya arasında S-400 zenit-raket komplekslərinin tədarükü üçün kredit razılaşması imzalanıb. Zenit-raket komplekslərinin 2020-ci ilin martından etibarən Türkiyəyə göndərilməsinə başlanacaq.



© APA 2018