Dunya xəbərləri

Türkiyə və Rusiya arasında S-400 komplekslərinin tədarükü üçün kredit sazişi imzalanıb

14:26 29-12-2017

Türkiyə və Rusiya arasında S-400 komplekslərinin tədarükü üçün kredit sazişi imzalanıb

Ankarada Türkiyə və Rusiya arasında S-400 zenit-raket komplekslərinin tədarükü üçün kredit razılaşması imzalanıb.

 

APA-nın xəbərinə görə, bu barədə TRT məlumat yayıb. 

 

Qeyd edək ki, Rusiyanın "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov Türkiyəyə 2,5 milyard dollar dəyərində 4 divizion S-400 kompleksi satacaqlarını bildirib. O deyib ki, vəsaitin 55%-nin ödənişi üçün Rusiya tərəfindən Türkiyəyə kredit veriləcək. Türkiyənin müdafiə naziri Nurəddin Canikli də bir gün əvvəl bütün məsələlər üzrə razılıq əldə olunduğunu açıqlayıb.

 

Zenit-raket komplekslərinin 2020-ci ilin martından etibarən Türkiyəyə göndərilməsinə başlanacaq.



© APA 2018