Dunya xəbərləri

Türkiyədə sərnişin avtobusu aşıb, 48 nəfər xəsarət alıb

11:38 19-06-2017

Türkiyədə sərnişin avtobusu aşıb, 48 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 48 nəfər xəsarət alıb.

 

APA-nın “haberturk.com”-a istinadən verdiyi məlumata görə, avtobus Çorum vilayətində körpüdən aşıb. Xəstəxanaya çatdırılan şəxslərdən üçünü vəziyyəti ağırdır.

 

Hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğın-söndürmə briqadası cəlb olunub. 



© APA 2017