Dunya xəbərləri

Türkiyədə avtobusun TIR-a çırpılması nəticəsində 13 nəfər ölüb - YENİLƏNİB

10:50 13-03-2018

Türkiyədə avtobusun TIR-a çırpılması nəticəsində 13 nəfər ölüb - YENİLƏNİB

Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda avtobusun TIR-a çırpılması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. 

 

APA-nın xəbərinə görə, 18 nəfərin xəsarət aldığı bildirilir. 

 

***

 

09.40

 

Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, sürətlə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanan ağır tonnajlı yük maşınına (TIR) çırpılaraq yanıb. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Ölü sayının artacağı ehtimal edilir.



© APA 2018