Dunya xəbərləri

Türkiyədə kağız fabriki yanır

10:27 29-12-2017

Türkiyədə kağız fabriki yanır

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində yerləşən kağız fabrikində yanğın baş verib.

 

APA-nın “Ahaber”ə istinadən verdiyi xəbərə görə, fabrikin anbarında səhər saatlarında başlayan yanğın hələ də davam edir. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının söndürülməsi istiqamətində iş aparılır.

 

İşçilər yanğına külək səbəbəi ilə qırılan elektrik naqillərinin səbəb olduğunu iddia edir. Xəsarət alanlar barədə məlumat yoxdur. 



© APA 2018