Dunya xəbərləri

Türkiyədə Rusiya səfirinin qətlə yetirildiyi sərginin təşkilatçısı həbs edilib

01:16 29-12-2017

Türkiyədə Rusiya səfirinin qətlə yetirildiyi sərginin təşkilatçısı həbs edilib

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlə yetirildiyi sərginin təşkilatçısı Mustafa Timur Ozkan həbs edilib. M.Ozkan qətllə əlaqəsi olmaqda ittiham olunur.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, M.Ozkan dindirilməsi üçün Ankara prokurorluğuna aparılıb, daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.    

 

Xatırladaq ki,  Andrey Karlov 2016-cı ilin dekabrın 19-da Ankarada fotosərgi zamanı qətlə yetirilib. Məlumata görə, hücum polis əməkdaşı Mövlut Altıntaş tərəfindən törədilib. O cavab atəşi ilə qətlə yetirilib.

 

Bundan əvvəl qətllə əlaqəsi olmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlardan 3-ü sabiq  polis əməkdaşı,  digəri isə  “Guru Medya” nəşriyyat qrupunun Hayrəddin Aydınbaşdır.   



© APA 2018