Dunya xəbərləri

Yunanıstanda 4,9 bal gücündə zəlzələ olub

02:47 17-05-2018

Yunanıstanda 4,9 bal gücündə zəlzələ olub

Yunanıstanda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

 

Yerli vaxtla saat 01:30-da qeydə alınan yeraltı təkanların episentri paytaxt Afinadan 166 km cənubda, ocağı 5 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.



© APA 2018